Harri Meqanla nikahı haqqında: "Biz 10 dəfə boşanmışıq"

6 Dekabr 2024 08:39

Şahzadə Harri, həyat yoldaşı Meqan Markl ilə münasibətləri barədə spekulyasiyaları birbaşa cavablandırıb.

Milli.Az xəvbər verir ki, 40 yaşlı Sasseks hersoqu, Nyu-Yorkda The New York Times köşə yazarı və DealBook-un qurucusu Endryu Ross Sorkin ilə geniş bir mövzuda - əsas media, yanlış məlumatlar və rəqəmsal dünyanı daha təhlükəsiz etmək səyləri haqqında müzakirə aparmaq üçün səhnəyə çıxıb.

Müsahibənin sonuna yaxın, 47 yaşlı Sorkin Şahzadə Harridən, həyatının hər tərəfini əhatə edən ictimai marağa necə dözdüyünü soruşub. Bu maraq təkcə onun dəstəklədiyi müsbət təşəbbüsləri deyil, həm də şəxsi münasibətlərini diqqət mərkəzinə qoyur.

"Mən Google-da sizin haqqınızda xəbərlərə baxdım. İnsanlar etdiyiniz hər şeyə heyranlıqla baxır. Meqan hazırda Kaliforniyadadır, siz isə buradasınız, Məqalələrdə isə deyilir ki, niyə müstəqil tədbirlər edirsiniz? Niyə birlikdə iştirak etmirsiniz?"

Harri isə zarafatla cavab verdi: "Çünki siz məni dəvət etdiniz, bunu bilirdiniz!"

Sorkin əlavə etdi: "Doğrudur. Amma bu, sizin üçün normaldırmı? Onun Kaliforniyada, sizin Nyu-Yorkda olduğunuz bir məqalə çıxan kimi insanlar deyir: 'Bəs bu iki nəfərin münasibətində nə baş verir?' Bu qədər marağın olması sizin üçün bir növ yaxşıdırmı?"

Kral ailəsinin diqqət mərkəzində böyüyən Şahzadə Harri - Kral Çarlzın və mərhum Şahzadə Diananın oğlu - bu diqqətin "qətiyyən yaxşı bir şey olmadığını" vurğulayıb.

"Yox, bu, heç yaxşı bir şey deyil. Guya biz 10-12 dəfə ev dəyişmişik. Hətta guya 10-12 dəfə boşanmışıq da. Ona görə də insan belə düşünür: 'Nə?'" Harri gülərək deyib.

"Bu məlumatlarla ayaqlaşmaq çətindir, amma buna məhəl qoymamaq daha yaxşıdır. Ən çox trollerə görə narahatam. Onların ümidləri artır və artır, sonra isə heç nə baş vermir. Mənim onlara həqiqətən yazığım gəlir." deyə sonda əlavə edib.

Lalə Qüdrətova
Milli.Az