Tanınmış aktyor təcili xəstəxanaya yerləşdirildi - FOTO

6 Dekabr 2024 08:20

Sovet İttifaqı və Rusiyanın teatr və kino aktyoru Boris Şerbakov üz sümüyünün sınığı və beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, hazırda neyrocərrahiyyə şöbəsindədir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunur ki, dekabrın 4-də axşam saatlarında Şerbakov yıxılaraq başından güclü zərbə alıb.

Xatırladaq ki, sentyabrda aktyor infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az