Hacıqabulda avtomobil aşıb, ölən və yaralanan var

6 Dekabr 2024 08:00

Hacıqabul rayonunun Muğan qəsəbəsində "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az