Bakıda iki avtomobil toqquşdu - xəsarət alanlar var

6 Dekabr 2024 00:37

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, "Mercedes" və "Khazar" markalı maşınlar toqquşub.

Qəza nəticəsində 1993-cü il təvəllüdlü Həsənov Həsən Gülağa oğlu və 1993-cü il təvəllüdlü Nüsrətzadə Nicat Əmrah oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az