ABŞ-də 7 ballıq zəlzələ oldu

5 Dekabr 2024 23:16

ABŞ-ın Kaliforniya ştatında 7 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az-ın xəbərinə görə ABŞ Geoloji Araşdırmalar Xidməti (USGS) bildirib ki, cümə axşamı səhəri Kaliforniyanın Petrolia şəhərinin təxminən 40 mil qərb-şimal-qərbində 7,0 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdən sonra Oreqon və Kaliforniya sahillərinin bəzi hissələri üçün sunami xəbərdarlığı verilib.

Zərər və ya xəsarətlə bağlı hələlik məlumat yoxdur. Zəlzələ yerli vaxtla saat 10:44-də qeydə alınıb.

Zəlzələ səthi dərinliyi 8 mil olan dayaz bir bölgədə baş verib.

USGS təxmin edir ki, Kaliforniyanın Petrolia ətrafındakı bölgələrdə "çox güclü" silkələnmə hiss olunub.

Lalə Qüdrətova
Milli.Az