“Qalatasaray”ın keçmiş ulduzu 45 yaşında karyerasını bitirdi

6 Dekabr 2024 21:00

Yaponiya millisinin və "Qalatasaray"ın keçmiş futbolçusu Dzyuniti İnamoto karyerasını bitirib.

Milli.Az xəbər verir ki, 45 yaşında futbola vidalaşan oyunçu bu barədə sosial şəbəkə hesabında məlumat verib.

"Qalatasaray"ın heyətində 2006/2007 mövsümündə çıxış edən İnamoto Türkiyədə forma geyinən ilk yaponiyalı futbolçu olub. İstanbul klubunda o, 34 matçda 1 qol vurub.

Futbolçunun son klubu isə ölkəsinin "Nankatsu" klubu olub.

Hüseyn
Milli.Az