Bakıya gətirilən taksilərlə bağlı yenilik - FOTO

5 Dekabr 2024 19:35

"Bakı Taksi Xidməti" MMC və "Azərpoçt" MMC arasında əməkdaşlığa başlanılıb.

Bu barədə Milli.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Əməkdaşlıq çərçivəsində "Bakı Taksi Xidməti" MMC tərəfindən ölkəyə gətirilən taksi şəbəkəsində "Azərpoçt" MMC-nin təqdim etdiyi POS-terminallar quraşdırılıb.

Beləliklə, "Azərpoçt" MMC yerli vətəndaşların, o cümlədən ölkəyə səfər edən xarici nümayəndə və turistlərin nəqliyyat ödənişlərinin nağdsız şəkildə həyata keçirilməsi üçün POS-terminalların taksilərdə quraşdırılmasını təmin edib.

Qısa zaman ərzində POS-terminallar vasitəsilə 4178 əməliyyat icra olunub, dövriyyə isə 146 min manat təşkil edib.

Milli.Az