"Beşiktaş" - Fənərbağça" derbisini o idarə edəcək

5 Dekabr 2024 14:24

Türkiyə Superliqasının XV turunda "Beşiktaş" - Fənərbağça" oyununu idarə edəcək hakim bəlli olub. 

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul derbisini idarə etmək Mehmet Türkmenə həvalə olunub. 

Dekabrın 7-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, turnir cədvəlində "Fənərbağça" 32 xalla ikinci, "Beşiktaş" 22 xalla beşinci pillədədir.

Tural
Milli.Az