Bu ərazidə qaz olmayacaq

5 Dekabr 2024 13:44

Bu gün Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, saat 13:00-dan işlər başa çatana qədər Ceyranbatan qəsəbəsində yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı "Ceyranbatan" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan zaman qəsəbədə qaz kəsiləcək.

Milli.Az