"Kızıl Goncalar"ın Vahidi serialdan gedir - FOTO

5 Dekabr 2024 18:28

"Kızıl Goncalar" serialında bıçaqlanaraq dənizə atılan "Vahid" obrazının taleyi maraq doğurub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən sezonun sonunda seriala daxil olan "Vahid" obrazı 29-cu bölümün sonunda bıçaqlanaraq dənizə atılıb.

Tolqa Tekinin canlandırdığı Vahid obrazının taleyi məlum olub. Məlumata görə, Tekinin "Kızıl Goncalar" komandası ilə vidalaşdığı və 31-ci bölümdə serialdan ayrılacağı öyrənilib.

Fidan
Milli.Az