Ronaldinyo tezliklə baba olur - Oğlu və gəlininin FOTOları

5 Dekabr 2024 11:30

Dünyanın ən yaxşı futbolçularından biri Ronaldinyo baba olmağa hazırlaşır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Braziliyalı əfsanəvi futbolçunun oğlunun sevgilisi ilə körpə gözlədiyi ortaya çıxıb. Ronaldinyonun oğlu 19 yaşlı "Bernli"nin cinah oyunçusu Joao Mendesdir və o, 25 yaşlı Giovanna Buscacio ilə münasibətdədir.

Onlar hələ uşaq haqqında təfərrüatları paylaşmayıblar, lakin Buscacio bu xəbəri sosial mediada pərəstişkarlarına açıqlayıb.

Nəvəsinin gözlənilən gəlişindən əvvəl mart ayında 45 yaşı tamam olan Ronaldinyo hələlik bu xəbəri şərh etməyib.

Fidan
Milli.Az