Ağstafada yanğın: xəsarət alan var

4 Dekabr 2024 23:58

Ağstafada fərdi yaşayış evində yanğın baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Evin qonaq otağında olan paltarlar qaz sobasının üzərinə düşüb və yanğın olub. Dərhal əraziyə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı 1969-cu il təvəllüdlü S.Qasımova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilib. Yanğının başvermə səbəbləri araşdırılır.

Milli.Az