Bakı metrosunun girişlərində nəzarət-buraxılış tədbirləri gücləndirildi

4 Dekabr 2024 18:25

Texniki nasazlıq müəyyən edilmiş qatar xətdən çıxarılıb. Əvəzinə xəttə qatar verilib.

Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat açıqlama yayıb.

xxx

Yaranmış vəziyyətdə sərnişin sıxlığı səbəbilə platformaların ifrat həddə yüklənməsinə yol verməmək məqsədilə zəruri tədbirlər görülür.

Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat açıqlama yayıb.

"Hazırda "28 May" və "Elmlər Akademiyası" stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib", - o qeyd edib.

xxx

"Bakı metrosunda nasazlıq yaranıb. Sərnişinlər düşürülüb".

Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat açıqlama yayıb.

"Yaşıl xətt" üzrə "Əhmədli"-"Dərnəgül" marşrutu ilə hərəkət edən qatar "28 May" stansiyasında olarkən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

Bu səbəbdən "28 May" stansiyasında sərnişinlər düşürülüb. Hazırda qatar xətdə olarkən ona baxış keçirilir. Əlavə məlumat veriləcək", - o bildirib.

Milli.Az