İranda həbs edilən reperdən xəbər yoxdur

4 Dekabr 2024 16:35

Güneyli reper Rza Təbrizinin həbsindən bir həftədən çox vaxt keçməsinə baxmayaraq, onun vəziyyəti ilə bağlı hələ də məlumat yoxdur.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, gənc reper təxminən 10 gün öncə Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerə aparılıb. Onun saxlanılmasından sonra həbsinin səbəbi, harada olması və səhhəti ilə bağlı heç bir xəbər yoxdur.

Musiqiçinin ailəsi və yaxınları dəfələrlə əlaqədar qurumlarla müraciət edərək, Rza Təbrizinin taleyindən xəbər tutmağa çalışsalar da, indiyədək bu cəhdlər nəticəsiz qalıb.

Milli.Az