Üzr istəyib istefa verdi

4 Dekabr 2024 15:19

Cənubi Koreyanın müdafiə naziri istefa verib.

Milli.Az xəbər verir ki, prezident Yun Sok Yolun uğursuz hərbi vəziyyət cəhdindən sonra müdafiə naziri Kim Yong-hun istefa verib.

Cənubi Koreya prezidenti ölkədəki hərbi vəziyyəti ləğv edib.

4 dekabr 2024-cü il - (Seul) Cənubi Koreyanın Müdafiə Naziri Kim Yong-hyun bu gün prezident Yoon Suk Yeol tərəfindən fövqəladə hərbi vəziyyət elan edilməsinə görə bütün məsuliyyəti öz üzərinə götürərək istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, ötən gün Cənubi Koreyada 50 ildən artıq müddətdə ilk dəfə hərbi vəziyyət elan edilib. Bu barədə ölkə prezidenti Yun Sok Yol qərar verib. Yerli vaxtla saat 23:00-da milli televiziyada hərbi vəziyyət elan edilib. Lakin Cənubi Koreya müxalifəti dərhal ölkə prezidentinin hərbi vəziyyət elan etməsini qanunsuz və konstitusiyaya zidd elan edib. 

Yerli vaxtla gecə saat 01:00-da binaya toplaşan 300 deputatdan 190-ı hərbi vəziyyət qərarının əleyhinə səs verib və prezident Yunun qərarı etibarsız elan edilib.

Nərmin
Milli.Az