Ölkəsinin ilk qadın prezidenti oldu

4 Dekabr 2024 13:11

Cənubi Afrika ölkəsi Namibiyada noyabrın 27-də keçirilən ümumi seçkilərdə səsvermə bülletenlərin yetərli olmaması və seçicilərin qeydiyyatı üçün istifadə edilən planşetlərdə nasazlıqlar səbəbindən ölkənin bəzi bölgələrində noyabrın 30-na keçən gecəyə qədər davam edib.

Milli.Az xəbər verir ki, SWAPO-nun namizədi Nandi-Ndaitva 57,6 faiz səs toplayıb.

Beləliklə, hazırkı vitse-prezident Nandi-Ndaitvah Namibiyanın ilk qadın prezidenti olub.

Nandi-Ndaitvanın ən yaxın rəqibi, Dəyişiklik Uğrunda Müstəqil Vətənpərvərlər (IPC) partiyasının namizədi Panduleni Itula 26 faiz, əsas müxalifət partiyası olan Xalq Demokratik Hərəkatının (PDM) namizədi MakHenri Venaani isə 5 faiz səs toplayıb.  /News24.az/

Milli.Az