Nazir: "Nəticələri 20-25 ildən sonra görünəcək"

4 Dekabr 2024 11:32

Azərbaycanda məktəbəqədər təhsilə əlçatanlıq tarix boyu aşağı göstəricilərlə yadda qalıb.

Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı II beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, hazırda hər iki yaşda uşaqdan birinin (1-5 yaş arası uşaqlar) məktəbəqədər təhsillə təmini hədəfdir: "Sovet dövründə bağçalarla təminat 10% olub. Hədəfimiz bunu 50 %-ə çatdırmaqdır".

Nazir deyib ki, 5 yaşda uşaqların məktəbəhazırlıq qruplarına cəlb edilməsi də əsas məqsədlərdən biridir: "Əvvəlki illərlə müqayisədə bu göstəriciləri 30%-dən 90%-a çatdırmağa hazırlaşırıq. Hazırda uşaqların 80%-ə yaxını azı bir il məktəbəhazırlığa cəlb olunur".

"Məktəbəqədər təhsillə bağlı görülən işlər uzun müddətlidir. Çünki tez nəticə görmək mümkün deyil. İnanırıq ki, cəmiyyət nəticələri 20-25 ildən sonra görə biləcək. Əsas priotetlərdən biri uşaqların məktəbdən öncə məktəbəhazırlıq qruplarına getməsini təmin etməkdir Hətta I sinif dərsliklərimiz belə artıq "uşaqlar məktəbəqədər hazırlıqdan gəlir" fəlsəfəsi ilə hazırlanıb", - E.Əmrullayev əlavə edib.

Milli.Az