Baydenin çıxışı gündəm oldu - Bu dəfə...

4 Dekabr 2024 14:23

Tez - tez adları səhv salması ilə gündəmə gələn ABŞ Prezidenti Co Bayden bu dəfə ölkə ilə şəhəri qarışdırıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Bayden çıxışında bu sözləri deyib.

"Xanımlar və cənablar, bildiyiniz kimi, mən prezidentliyimin son həftələrindəyəm. Bunun üçün əl çalmaq lazım deyil. İstəyirsinizsə, edə bilərsiniz " .

O, daha sonra çıxışında Afrika ölkəsi Anqolanı "şəhər" adlandırıb.

Bu barədə o, Anqola Prezidenti Juan Lourenso ilə görüşündə danışıb.

"Bilirsiniz, Anqola canlı bir şəhərdir! Mmm, şəhər deyil. Bilirəm ki, bu şəhər Anqola deyil, amma Anqola canlı bir şəhərdir!", - Bayden deyib.

Fidan
Milli.Az