Bakıda kafedə qadınlar əlbəyaxa döyüşə çıxdılar

4 Dekabr 2024 09:30

Bakının Nərimanov rayonunda dava zamanı qadın xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə iaşə obyektində qeydə alınıb.

1963-cü il təvəllüdlü M.Əliyeva kafedə tanışı ilə əlbəyaxa dava edib.

Qadınlar arasında düşən dava zamanı M.Əliyeva xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az