"Dünən deyirdi ki, sağalım, meyxana deyəcəyəm"

4 Dekabr 2024 08:54

Meyxanaçı Ağamirzə Məmmədov ötən gün vəfat edən həmkarı Xəyyam Əhmədlinin ölümündən bir neçə saat əvvəl onun yanında olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi "Gün ortası" verilişində danışıb. O, ziyarət zamanı xeyli zarafatlaşdıqlarını bildirib:

"Dünən günorta Xəyyamın yanında idim. 10-15 ilin xatirələrindən danışıb, xeyli zarafatlaşdıq, dedik-güldük. Hətta təklif etdim ki, meyxana deyək. Cavab verdi ki, "İnşallah, sağalım, meyxana deyəcəyəm". Hamımız şokdayıq. Gecəni yata bilmədim. Əsas deyirdi ki, ayağımda yara var. Neçə ildir ona əziyyət verirmiş. Nə bilim, həyatdır. Allah sevdiklərinə səbr versin".

Qeyd edək ki, Xəyyam uzun sürən xəstəlikdən sonra ötən gecə dünyasını dəyişib. Mərhum bu gün Əhmədli kənd qəbiristanlığında dəfn edilib.

Milli.Az