Tanınmış tarixçi alim Solmaz Qaşqayın kitabları Prezident Kitabxanasına təqdim edilib
5 İyul 2012 13:43
AzərTAc xəbər verir ki, tədbirdə bildirilmişdir ki, tarix elmləri doktoru Solmaz Mirtağı qızı Qaşqayın şəxsi kitabxanasından seçilmiş, 300-ə yaxın olduqca nadir nüsxələrdən ibarət kitab kolleksiyası onun ailəsi tərəfindən Prezident Kitabxanasına təqdim edilmişdir.
S.Qaşqay Azərbaycan tarix elmində öz dəst-xətti olan, qədim dövr tarixi üzrə sanballı əsərlər yazan görkəmli alimlərdən, kitabələri, mixi yazılarını oxuya bilən nadir tədqiqatçılardan biri olmuşdur. O, nəinki Azərbaycanda, həmçinin Yaxın Şərq tarixini öyrənən nüfuzlu xarici tədqiqatçılar arasında da sayılıb-seçilmişdir.
Milli.Az