"Yeşilçam"ın pis adamı tanınmaz halda - Son halı

4 Dekabr 2024 13:18

"Yeşilçam" kino dönəmində bir çox filmlərdə pis obrazlar ilə tanınan aktyor Eray Özbal son halı ilə diqqətləri üzərinə çəkib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor dəyişimi ilə müzakirələrə səbəb olub.

Canlandırdığı pis obrazlarla məşhurlaşan Eray Özbal "Sev Yetər", "İsyankar", "Katma Dəyər Şaban", "Yaralı və Kayıp Qızlar" kimi bir çox ekran işlərində adından söz etdirib. Könüllərdə taxt quran "Yeşilçam" aktyorunun dəyişimi isə böyük marağa səbəb olub.1957-ci ildə Gaziantepdə dünyaya gələn aktyorun son halının əks olunduğu fotolara çoxsaylı şərhlər yazılıb. Onların sırasında  "Sən də qadınları az aldatmamısan", "Hələ də çox gəncsən", "Çox dəyişmisən", "Sevərək izləyirdik" kimi şərhlər diqqət çəkib.

Həmin fotonu təqdim edirik:

Musa
Milli.Az