Cənubi Koreya prezidenti ölkədəki hərbi vəziyyəti ləğv edib

4 Dekabr 2024 00:40

00:40

Cənubi Koreya hökuməti ölkədəki hərbi vəziyyəti ləğv edib.

Milli.Az xəbər verir ki, hərbi vəziyyətin tətbiqi üçün göndərilən qoşunlar geri çəkilib.

Qeyd edək ki, dünən Cənubi Koreyada hərbi vəziyyət elan olunub. Bütün qoşun növlərinin komandirlərinə döyüş hazırlığının artırılması barədə göstəriş verilib.

------------
00:08


Cənubi Koreya Prezidenti Yun Suk Yeol televiziya çıxışında hərbi vəziyyət rejimini ləğv etmək üçün kabineti toplamağa çalışdığını bildirib.

Milli.Az xəbər verir ki, lakin orada hələ səhər tezdən olduğu üçün kabinet üzvlərini tam toplaya bilməyib.

O, qeyd edib ki, hərbi vəziyyətin ləğv edilməsi üçün tələb olunan minimum sayda kabinet üzvü toplandığı anda bunu həyata keçirəcək.

Lalə Qüdrətova
Milli.Az