Arda Gülər ispanların diqqət mərkəzində: bu dəfə...

4 Dekabr 2024 09:05

2024-25 mövsümündə Karlo Ançelotti tərəfindən "Real Madrid"in ilk 11-liyində salınmayan Arda Gülər, "Liverpul" və "Getafe" ilə son iki matçda cəmi 106 dəqiqə meydanda keçirib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, təzyiq altında olan və ilk 11-likdə yer ala bilməyən sabiq "Fənərbağça"lının peşəkarlığına və əxlaqına İspaniya mətbuatı heyran qalıb.

İspanlar 19 yaşlı futbolçu ilə bağlı təəccüblü açıqlamalar verib.

Belə ki, Arda Gülər ​​Toni Kroos təqaüdə çıxdıqdan sonra bu mövsüm Real Madriddə ilk 11-də olmağı gözləyirdi. Amma indiyə qədər o, buna tam nail ola bilməyib.

Arda Gülər ​​bu mövsüm "Real Madrid"in heyətində bütün yarışlarda cəmi 15 oyun keçirib. Futbolçu sözügedən 15 matçda 484 dəqiqə meydanda qalıb və nə qol vura, nə də assist edə bilib.

"Fənərbağça"nın keçmiş ulduzu son vaxtlar zədələrin artması ilə "Real Madrid"də daha çox oynamağa başlayıb. Arda Gülər ​​son iki matçda cəmi 106 dəqiqə meydanda qalıb. Arda Gülərin cəmi 19 yaşında olması onun inkişafı üçün daim oynamasını zəruri edir. Gənc futbolçunun Madriddə kifayət qədər vaxt tapa bilməməsi onun yanvarda komandadan icarə əsasında ayrıla biləcəyi ilə bağlı söz-söhbətləri də bərabərində gətirir.

Həmçinin Arda bu mövsüm gözlədiyi oyun vaxtını ala bilməməsinə baxmayaraq intizamlı oyununu davam etdirməsi İspaniya mətbuatının diqqətini çəkib. İspanlar futbolçunun iş əxlaqını və peşəkarlığını yüksək qiymətləndirib.

"Realmadrid Confidencial" saytında paylaşılan xəbərdə bu ifadələrə yer verilib:

"Arda Gülər ​​son vaxtlar Madriddə hər kəsin haqqında danışdığı futbolçulardan biridir. "Liverpul"la çətin oyun keçirən türkiyəli oyunçu "Getafe" matçında ehtiyat oyunçular skamyasında əyləşdi.

Karlo Ançelottinin ona matçın ikinci hissəsində şans verməsi də bir həqiqətdir. Əsas heyətdə yer almamasına baxmayaraq Arda Gülər həqiqətən nələrə qadir olduğunu göstərmək üçün dəqiqələr və fürsətlər qazanmaqdan məmnun görünür.

Bir parçası olduğu komandanın dinamikasında uyğunlaşmağa davam etdikcə Ardanın meydandakı performansı da getdikcə artacaq. Son matçın çox müqavimət göstərə bilməyən rəqibə (Getafe) qarşı oynandığı doğru olsa da, çox oyun vaxtı qazanmayan futbolçu üçün əla göstəricidir.

Zədələr Karlo Ançelottiyə sahib olduğu heyətin dərinliyini bir dəfə daha göstərdi. Klubun baş məşqçisi daha az oynayan oyunçulara güvənməkdə bir qədər istəksiz idi, lakin bu mövsüm baş verən zədələr bu dəyişikliyə səbəb oldu".

Milli.Az