Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə etdi

3 Dekabr 2024 21:12

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Milli.Az xəbər verir ki, danışıq zamanı Türkiyə-Rusiya ikitərəfli münasibətləri ilə yanaşı, Suriyadakı son hadisələr, qlobal və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə bir tərəfdən Suriyanın ərazi bütövlüyünü dəstəkləməyə davam edərkən, digər tərəfdən Suriyada ədalətli və davamlı bir həll yolu tapmaq üçün çalışır. Bununla yanaşı, bölgədə diplomatiyaya daha çox yer açılmasının vacibliyini qeyd edib və bu prosesdə Suriya rejiminin siyasi həll prosesinə cəlb olunmasının zəruri olduğunu bildirib.

Prezident Ərdoğan, Suriyada baş verən son hadisələr kontekstində ən mühüm məqamın mülki şəxslərin zərər görməməsi olduğunu, Suriyanın daha böyük qeyri-sabitliyə səbəb olmaması lazım gəldiyini və Türkiyənin Suriyada sakitliyin təmin olunması üçün əlindən gələni etdiyini ifadə edib.

Bundan əlavə, Prezident Ərdoğan qeyd edib ki, Suriyadakı son hadisələrdən faydalanmağa çalışan terror təşkilatı PKK və onun qolları ilə mübarizə aparmaqda Türkiyə qətiyyətli mövqeyini qorumağa davam edəcək.

Lalə Qüdrətova
Milli.Az