Hüquq müdafiəçisi saxlanıldı - Yenilənib

3 Dekabr 2024 22:55

22:55

Hüquq müdafiəçisi Rüfət Səfərova qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bu barədə onun vəkili Bəhruz Bayramov APA-ya açıqlamasında bildirib.

Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq işləri aparılır.

-----------
19:18


Daxili İşlər Nazirliyi (DİN) Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub.

Qeyd edilib ki, hazırda bununla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanılmasına dair məlumat yayılıb.

Milli.Az