Cənubi Koreyada hərbi vəziyyət: zirehli maşınlar şəhərlərdə, helikopterlər havalandırıldı

3 Dekabr 2024 18:53

Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Şəhərlərin küçələrində zirehli maşınlara rast gəlinir, helikopterlər havalandırılıb.

Agentliyin məlumatına görə, hərbi vəziyyət Şimali Koreyanın dövlətdaxili işlərə müdaxiləsinin qarşısını almaq və konstitusiya hüququnu bərpa etmək üçün tətbiq olunub.

Həmçinin bildirilib ki, respublikanın Müdafiə Nazirliyi əsas komandirlərin müşavirəsini keçirməyi tapşırıb və sayıqlığın artırılmasına çağırıb.

Milli.Az