“Zurabişviliyə siyasi sığınacaq verməyə hazırıq”

3 Dekabr 2024 17:21

Litva zərurət yaranacağı halda Gürcüstan Prezidenti Salome Zurabişviliyə siyasi sığınacaq verməyə hazırdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Litva prezidentinin baş müşaviri Asta Skaysqirite danışıb. 

"Təbii ki, Litva belə bir zərurət yarandığı halda Zurabişviliyə sığınacaq verərdi", - deyə müşavir qeyd edib. 

Bununla belə, Skaysqiritenin sözlərinə görə, Gürcüstan prezidenti Tbilisidə öz xalqı ilə birlikdə olacağını bildirib.

Xatırladaq ki, Litva noyabrın 2-də Gürcüstanın hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının təsisçisi Bidzina İvanişvilinin və bir neçə yüksəkvəzifəli gürcü məmurun ölkəyə girişinə qadağa qoyub.

Onu da qeyd edək ki, dekabrın 14-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. S.Zurabişvilinin səlahiyyəti müddəti isə dekabrın 16-da başa çatır. 

Milli.Az