Argentinalı ulduz Mauro İkardi yenidən sosial medianın dilinə düşüb.
Milli.Az xəbər verir ki, Türkiyənin sosial şəbəkələrində "Qalatasaray"ın hücumçusunun görüntüsü gündəm olub.
Belə ki, İkardinin komanda yoldaşı Lukas Toreyra məşhur sevgilisi, türkiyəli aktrisa Devrim Özkanı onunla və digər dostları ilə tanış edib. Onların birlikdə çəkdirdiyi fotoda diqqət çəkən məqam isə aktrisa ilə ulduz futbolçunun əllərinin bir-birinə toxunması olub.
Sosial media istifadəçiləri "Yenə kimin xanımı hədəfdir?", "2-ci Maksi Lopez hadisəsi olmasın", "Qızı İkardidən uzaq tut", "İkiardi yenə nəyisə sınayır" kimi rəylər yazıblar.
Xatırladaq ki, İkardinin daha əvvəl evli olduğu Vanda Nara onun komanda yoldaşı Maksi Lopezin xanımı olub.
Sözügedən fotonu təqdim edirik:
Hüseyn
Milli.Az