Keçmiş nazir müavininin öldüyü qəzanın TƏFƏRRÜATI - Yenilənib - FOTO

3 Dekabr 2024 18:18

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə bu gün saat 07 radələrində paytaxtın Nəsimi rayonu Neftçilər prospektində baş verib.

"Chevrolet" markalı avtomobil yolu keçən 2 piyadanı vurub. Piyadalardan biri 1938-ci il təvəllüdlü İ.Mustafayev hadisə yerində ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları aparılır", - məlumatda vurğulanıb.

--------

14:11

Keçmiş nazir müavini İbrahim Mustafayev bu gün Bakıda yol qəzasında həlak olub.

Milli.Az xəbər verir ki, İpəkçilik və toxuculuq sənayesi üzrə görkəmli mütəxəssis İ.Mustafayev 10 may 1938-ci il tarixdə Şəkidə anadan olub.

1977 - 1984-cü illərdə Azərbaycan SSR Yerli Sənaye nazirinin müavini, 1984 - 1989-cu illərdə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş direktoru, 1989 - 1994-cü illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyində şöbə müdiri, "Xalq Üçün Mallar" Dövlət Konserninin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

İnqilab Məmmədov
Milli.Az