"Araz" marketde vaxtı keçən məhsullar satılır - Mağaza müdiri çəkilişi görüb hay-küy saldı VİDEO

3 Dekabr 2024 11:31

Bakıda tanınmış mağazalar şəbəkəsindən olan "Araz" marketin Əlövsət Quliyev küçəsində yerləşən filialında vaxtı keçmiş hazır yemək satılır.

Milli.Az xəbər verir ki, hazır qablaşdırmada olan yeməyin 5 gün etibarlılıq müddəti olduğu halda hələ də vitrində saxlanılır.

Məsələ ilə bağlı mağaza müdiri köhnə məhsulu qaytararaq müştəriyə sərt reaksiya verib.

Sözügedən hadisə ilə bağlı AQTA-nın mətbuat katibi İlkin Kərimov bildirib ki, hadisə nəzarətə götürülüb və hazırda araşdırmalar davam edir.

Milli.Az