Türkiyə xarici siyasətində əhəmiyyətli dəyişikliklər edilib və beş ölkəyə yeni səfirlər təyin olunub.
Milli.Az xəbər verir ki, Xarici İşlər Naziri Hakan Fidan tərəfindən bəzi mühüm səfirlik və daimi nümayəndəliklərə yeni təyinatlar elan edilib.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Elif Çomoğlu Ülgen Roma səfiri, Gökhan Turan Berlin səfiri, Türkiyə Maarif Vəqfinin sədri Birol Akgün Bakı səfiri, Lütfullah Göktaş Əbu-Dabi səfiri, Yakup Caymazoğlu isə Əmman səfiri təyin edilib.
Bu təyinatların Türkiyənin beynəlxalq münasibətlərində yeni səhifə açması və əlaqələri daha da möhkəmləndirməsi gözlənilir.
Bakıya yeni təyinat
Türkiyə Maarif Vəqfinin sədri Birol Akgün Bakıda səfir vəzifəsinə təyin olunub. Uzun illərdir təhsil və mədəniyyət sahəsində qazandığı təcrübəsi ilə tanınan Akgünün Türkiyə ilə Azərbaycan arasında mövcud qardaşlıq münasibətlərini daha da dərinləşdirməsi gözlənilir.
Onun bu vəzifədə, xüsusilə təhsil və mədəni əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəal rol oynayacağı, iki ölkə arasındakı sıx əlaqələri daha da gücləndirəcəyi vurğulanır. Birol Akgünün böyükelçilik dönəmi iki dövlətin "bir millət, iki dövlət" şüarına uyğun olaraq əməkdaşlığı yeni səviyyələrə daşıyacağına dair ümidləri artırır.
İslam
Milli.Az