Ərdoğan uşaq tədbirində niyə əsəbləşdi? - VİDEO

3 Dekabr 2024 10:20

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün fiziki qüsurlu uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib.

Milli.Az xəbər verir ki, tədbir zamanı ölkə başçısının tamaşaçı sırasında olan şəxsə əsəbləşməsi diqqətdən yayınmayıb. Onun hansı səbəbdən əsəbləşdiyi bilinmir.

Prezident Rəcəb Tayyib Ərdoğan "Engelsiz Türkiye" proqramında çıxış edərkən uşaqlar səhnəyə çıxan zaman tamaşaçı sırasında olan şəxsi tənbehləyib. O anlarda Ərdoğanın uşaqları işarə edərək narazı olduğu müşahidə edilib.

Proqramda Ərdoğan 0-8 yaş arası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "Ailə Temelli Milli Erkən Müdaxilə Sistemi"nin ilin sonuna qədər pilot layihə kimi həyata keçiriləcəyini bildirib. 3 Dekabr Dünya Əlillər Günü münasibətilə əlillərə olan dəstəyin artırılmasının vacibliyini vurğulayan Prezident cəmiyyətin bütün sahələrində əlillərin həyatını asanlaşdırmaq üçün addımlar atılacağını qeyd edib.

İslam
Milli.Az