FHN Novxanıda baş verən partlayışla bağlı məlumat yaydı - FOTO

3 Dekabr 2024 09:34

Məlumat verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından 2 nəfər sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Milli.Az