“Qalatasaray”da ciddi itki - FOTO

2 Dekabr 2024 23:01

Qalatasaray klubu dünən keçirilən ikas Eyüpspor matçında zədələnən futbolçusu Abdülkerim Bardakcı-nın sağlamlıq vəziyyəti ilə bağlı açıqlama yayımlayıb.

Milli.Az xəbər verir ki, Süper Liqanın 14-cü həftəsində oynanan ikas Eyüpspor matçında zədələnən Qalatasaray müdafiəçisi Abdülkerim Bardakcı-nın sol ayaq biləyi sümüklərində ödem və ayaq biləyi bağlarında dartılma olduğu müəyyən edilib.

Sarı-qırmızı klubun açıqlamasında deyilir:
"Trendyol Süper Liqanın 14-cü həftəsindəki ikas Eyüpspor qarşılaşmasında zədələnən və sponsor xəstəxanamız Medicana-da aparılan MRT və KT müayinələrində sol ayaq biləyi sümüklərində ödem və ayaq biləyi bağlarında dartılma olduğu aşkarlanan Abdülkerim Bardakcı-nın müalicəsinə başlanılıb."

Milli futbolçu Eyüpspor matçının 34-cü dəqiqəsində Halil Akbunar ilə girdiyi mübarizədə sol ayaq biləyini burxmasına baxmayaraq oyuna davam edib. Abdülkerim Bardakcı, 39-cu dəqiqədə oyunu tərk etmək məcburiyyətində qalıb.

Lalə Qüdrətova
Milli.Az