"Onu sonuncu dəfə qucaqlayıb, qoxusunu ala bilmədim" - VİDEO

2 Dekabr 2024 19:11

Arb-də yayımlanan "Elgizlə izlə"də duyğusal anlar yaşanıb.

Milli.Az xəbər verir ki, efirin qonağı olan aktrisa Sonaxanım Əliyeva vəfat edən anasından danışıb. Onun söylədikləri isə studiyada olan insanların gözlərini doldurub.

Anası ilə vidalaşa bilmədiyini deyən Sonaxanım yaşadığı hissləri dilə gətirib:

"İllər boyu onun nazını çəkmişəm borcumudur, amma sonda anamla vidalaşıb, dəfn edə bilmədim. Hər şeyi məndən xəbərsiz ediblər. Ən dəhşətlisi budur. Onun sonuncu dəfə qucaqlayıb, qoxusunu ala bilmədim. Onun bir qızı vardı. Bunu mənə yaşadanlar Allahın qarşısında nə cavab verəcəklər? Bu qədər ürəksiz olmaq olmaz. Pəncərəmə gələn göyərçində, qarşımda duran pişikdə anamın ruhunu görürəm".

Daha ətraflı videoda:

Hüseyn 
Milli.Az