"Moon Kids" Uşaq Bağçasının dələduzluq ittihamı ilə həbs edilmiş təsisçisi Havvaxanım Rüstəmovanın cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
H.Rüstəmovanın əməlindən 132 nəfər və Dövlət Sosial Müdafiə Fondu zərər çəkib.
İşi Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər araşdıracaq.
Qeyd edək ki, xanım müttəhim Nizami Rayon Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Milli.Az