Dekabrın 1-dən 2-nə keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 17 pilotsuz uçuş aparatını vurub.
Milli.Az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Kiyev rejiminin növbəti terror hücumunun qarşısı alınıb. PUA-lardan 8-i Kursk, 6-sı Bryansk, 2-si Krım, 1-i isə Belqorod vilayəti üzərində zərərsizləşdirilib. Hadisə nəticəsində ölüm faktı olmadığı bildirilib. Rusiya Silahlı Qüvvələri Ukraynanın bir neçə şəhərinə raket və PUA-larla hücumlara davam edib və Ukraynanın Donetsk vilayətinin Petrovka və İlyinka yaşayış məntəqələri ələ keçirilib.
Milli.Az