Apple 2025-ci ildə ən incə "iPhone" modelini təqdim etməyə hazırlaşır.
Milli.Az xəbər verir ki, şirkət 2025-ci ildə ən incə modelini təqdim etməyi planlaşdırır.
"MacBook Air, iPad Air və M4 çipli iPad Pro" kimi cihazlarla "hardware" sahəsində inqilabi dəyişikliklərə imza atan şirkət indi isə ən nazik smartfonu yaratmağa fokuslanıb. Bu yeni modelin qalınlığı yalnız 5 mm ilə 6 mm arasında olacaq və bu, indiyə qədər təqdim edilmiş ən incə "iPhone" olacaq. Lakin bu ultra-incə dizayn bəzi güzəştlərlə gələcək, o cümlədən daha kiçik batareya və tək kameradan ibarətdir.
Aysel Əkbər
Milli.Az