Xəbər verdiyimiz kimi, "Arka Sokaklar" serialı ekran işindəki təriqət səhnəsinə görə yüksək məbləğdə cərimələnib.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, 18 ildir yayımlanan serialın keçmiş rejissoru "Arka Sokaklar"ın cərimələnməsinə reaksiyası ilə diqqət çəkib.
Ekran işindəki format dəyişikliyini tənqid edən Orhan Oğuz 17 il ərzində serailın heç vaxt cərimələnmədiyini qeyd edib və bunu öz peşəkarlığı ilə əlaqələndirib.
Türker İnanoğlu türk televiziya və kino tarixində əhəmiyyətli bir şəxsdır. Orhan Oğuz İnanoğlunun bu format dəyişikliyinə görə "məzarında rahat yata bilmədiyini" söyləyərək, dəyişiklikləri təkcə seriala deyil, həm də bu sahəyə töhfə vermiş bir şəxsə qarşı hörmətsizlik kimi qiymətləndirir.
İsmayıl
Milli.Az