Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşdi

2 Dekabr 2024 14:29

Prezident İlham Əliyev "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Fərmana əsasən, bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşib.

Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər.

Milli.Az