İranda məşhur reper azadlığa buraxıldı

2 Dekabr 2024 13:39

İranın ictimai problemləri və hökumətin siyasəti ilə bağlı etiraz mahnıları ilə tanınan məşhur reper Tumac Salehi azadlığa çıxıb.

Milli.Az xəbər verir ki,  "Azad İran" "Telegram" kanalı bu barədə İranın ədliyyə-məhkəmə sisteminə bağlı mətbuat orqanı "Mizan Online"a istinadla xəbər verib.

"Dövlət quruluşu əleyhinə təbliğat apardığına görə bir il həbs cəzasına məhkum edilən Tumac Salehi cəzasını çəkdikdən sonra azad edilib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, etirazçı reperə bundan əvvəl edam cəzası verilsə də, geniş etiraz dalğasından sonra onun ölüm hökmü ləğv olunub.

Milli.Az