Yardımlıda narkokuryer qohumlar saxlanılıblar

2 Dekabr 2024 12:46

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, tədbirlərlə 31 yaşlı Asəddin Feyziyev və qohumu, əvvəllər məhkum olunmuş 32 yaşlı Tural Kazımov saxlanılıblar.

Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri ümumilikdə 10 kiloqram marixuana və metamfetamin aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin həmin narkotik vasitə və psixotrop maddəni maddi qazanc qarşılığında deyiləcək ünvana çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Milli.Az