"Supertoys"un vergi borcu artmaqda davam edir - 2.5 milyona yaxındır

2 Dekabr 2024 11:50

Oyuncaq satışı ilə məşğul olan "Supertoys" MMC-nin vergi borcu yaranıb.

Milli.Az pravda.az-a istinadən xəbər verir ki, mağazalar şəbəkəsinin dövlətə 2 450 146 AZN borcu var.

Qeyd: 2018-ci ildə yaradılan və nizamnamə kapitalı 10 AZN olan MMC-nin qanuni təmsilçisi Xəqani Vədud oğlu Cəfərovdur. Mağazalar şəbəkəsini hazırda "Superbox" MMC idarə edir. Şirkətin qanuni Mətin İlham oğlu Şükürzadədir. 

Milli.Az