Putin hərbi büdcəni rekord səviyyəyə qaldırdı

1 Dekabr 2024 18:02

Rusiya Prezidenti Vladimir Putin 2025-ci il üçün hərbi xərcləri rekord səviyyəyə qaldıraraq büdcə planlarını təsdiqləyib.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə "Assoşeyted Press" məlumat yayıb.

Bildirilib ki, ölkə büdcəsinin təxminən 32,5%-i milli müdafiəyə ayrılıb.

Müdafiəyə ayrılan məbləğ 13,5 trilyon rubl (145 milyard dollardan çox) təşkil edir.

Xatırladaq ki, 2024-cü ildə Rusiyanın müdafiə qabiliyyətinə ayılan vəsait büdcənin 28,3% təşkil etmişdi.

Milli.Az