Məşhur aktyor öldü

1 Dekabr 2024 16:52

Məşhur fransız aktyoru Nils Arestrup 75 yaşında Parisdə vəfat edib.

Milli.Az kult.az-a istinadla xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat yayıb.

"Arestrup ailəsinin əhatəsində dünyadan köçüb", - həyat yoldaşı bildirib.

Aktyorun ölüm səbəbi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Nils Arestrup "Peyğəmbər", "Ürəyimin döyüntüsü dayandı", "Onun adı Saradır", "Döyüş atı" kimi məşhur filmlərdə rol alıb.

Milli.Az