20 yaşlı gənci maşın vurdu

1 Dekabr 2024 11:53

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az bildirir ki, hadisə paytaxtın Atamoğlan Rzayev küçəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Fərid Azər oğlu Qurbanov yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az