"Bavariya" "Borussiya Dortmund" ilə bacarmadı

1 Dekabr 2024 10:42

Futbol üzrə Almaniya çempionatının 12-ci turunda Dortmund "Borussiya"sı ev matçında "Bavariya" ilə qarşılaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Görüşün 27-ci dəqiqəsində "Borussiya"nın futbolçusu Bayno-Gittens hesabı açıb. "Bavariya" yalnız 85-ci dəqiqədə Musialanın qolu sayəsində hesabı bərabərləşdirə bilib.

Beləliklə, Münhen klubu 30 xalla Bundesliqanın turnir cədvəlində 1-ci pilləni qoruyub. "Borussiya Dortmund" isə 20 xalla 5-ci yerdədir.

Milli.Az