27 yaşlı qadını qardaşı bıçaqladı

1 Dekabr 2024 09:09

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az bildirir ki, hadisə şəhər ərazində qeydə alınıb.

Belə ki 1997-ci il təvəllüdlü G. Mirzəyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadın dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə G. Mirzəyeva qardaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az