"İstefa verməyəcəyəm" - Zurabişvili

30 Noyabr 2024 21:54

Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin legitim olmadığını səbəb göstərib və mandatının başa çatmasına baxmayaraq istefa verməyəcəyini bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, Zurabişvili bunu televiziya ilə çıxışı zamanı deyib.

"Mən sizin prezidentiniz olaraq qalıram, legitim parlament yoxdur. Buna uyğun olaraq qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq və mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir", deyə o bildirib.

Milli.Az